top of page

Razılıq / İcazə Sənədi Yükləmə və Təlimat

  • elmar
  • Aug 31, 2023
  • 1 min read

Updated: Mar 12

Sənədlərin Yüklənməsi
  1. Uyğun düyməyə klikləyin
  2. Düyməyə kliklədiyiniz zaman Razılıq/İcazə Sənədi .pdf formatında cihazınıza yükləncək.

Sənədlərin Doldurulması
Yüklədiyiniz sənəd ümumilikdə 4 səhifədən ibarətdir:
Səhifə 1: Türkçə razılıq mətni var. Mətnin sonunda sənədin imzalanma tarixini yazmaq üçün sahə var.
Səhifə 2: Cədvəl şəklindədir. Cədvəlin doldurulmalı olan sahələri bunlardır:
  • Sənətçi Adı
  • Əsər (Mahnı) Adı
  • Söz Yazarı Adı
  • Bəstəkar Adı
Razılıq verən Söz Yazarı, Bəstəkar və ya Şərhçinin
  • Adı & Soyadı
  • AZE / Xarici Şəxsiyyət Nömrəsi
  • Ünvan
  • İmza
Səhifə 3 və 4: 1 və 2-ci səhifələrin ingiliscə versiyasıdır (vacibdir).
Sənədləri doldurarkən aşağıdakı addımları yerinə yetirin:
1. Sənədlərin çapını alın.
2. Razılıq mətninin altındakı tarix sahəsinə sənədin imzalandığı tarix yazılmalıdır.

3. Sanatçı Adı sahəsinə əsəri ifa edən sənətçinin adı (və ya təxəllüsü) yazılmalıdır.

4. Əsərin adı, söz yazarı və bəstəkar adı yazılmalıdır.

5. Muvafakat Eden Söz Yazarı - Besteci və ya Yorumcu sahəsinin altına, söz yazarının (bəstəkarın və ya şərhçi-nin) adı və soyadı, şəxsiyyət nömrəsi (və ya xarici şəxsiyyət nömrəsi) və ünvanı yazılmalıdır.

6. Nəhayət, sənədin altındakı imza sahəsi imzalanmalıdır.

Sənədlərin Qeyd Edilməsi
Sənəd doldurulub imzalandıqdan sonra, skan edilmiş surətini və ya şəklini çəkin. Sonra bu sənədi formada göstərilən müvafiq sahəyə yükləyin.
Qeyd: Yüklənəcək sənədlərin formatı pdf, doc, docx, zip, jpg və ya jpeg olmalıdır.
Hər hansı bir sualınız varsa, bizimlə əlaqə saxlayın.
 
 
bottom of page